Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İŞİD terror qruplaşmasının Azərbaycanda da təşkilatlanmağa cəhd göstərən yeni strukturunu ifşa edib.
Diyarbəkir Prokurorluğunun başlatdığı istintaq çərçivəsində Şəhər Polis İdarəsinin Terrorla mübarizə şöbəsi və MİT birgə əməliyyat keçirib.
Aparılan araşdırmalar nəticəsində İŞİD terror qruplaşmasının Türkiyədə “Əhlaq və Sünnət Dərgisi” adı altında yeni bir təşkilat formalaşdırdığı üzə çıxarılıb. Bu təşkilatın Gürcüstan, Azərbaycan, İraq, Mali, Sudan, Əlcəzair və Liviyada da fəaliyyət göstərdiyi müəyyənləşib.
Məlumata görə, qruplaşma “Cihad Qrupu” formalaşdırıb, təlimlərini Gürcüstanda keçib. Qeyd olunub ki, onlar hərbi toqquşmalar olan bölgələrə göndərilirlər.
Xatırladaq ki, Türkiyə təhlükəsizlik qüvvələri mayın 5-də Ankara və Diyərbəkir şəhərlərində əməliyyat keçirib. Nəticədə İŞİD terror qruplaşmasının ümumilikdə 96 üzvü saxlanılıb (Report).