Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev əfv edilib.
 
Bu barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamda qeyd olunub.

VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-yə məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.
 
R.Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

Daha sonra Ə.Əıiyev həbsxanada kamera yoildaşına döydüyünə görə, hıbs müddəti artırılmışdı. 

Baxış sayı: 8444 | Tarix: 08.05.2023
Bizi Telegramda izləyin: @repostaz