Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.
 
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
"Ermənistan tərəfi növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir. Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur", məlumatda deyilir.

Baxış sayı: 9204 | Tarix: 12.05.2023
Bizi Telegramda izləyin: @repostaz