Türkiyənin Antalya şəhərəində Ulu Öndər Heydər Əliyevin 100 illik Yubileyi qeyd edilib. Tədbir Türkiyə Cumhuriyyətinin Antalya şəhərində fəaliyyət göstərən Azərbaycan Xalqlar Dostluğu Diaspora Təşkilatının başqanı Lalə xanım Həsənova, ASKEF başqanı Savaş Unal, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi polkovnik Elmar Hüseynovun təşkilatçılığı və dəstəyi ilə keçirilib. Tədbirdə Antalyada yaşayan azərbaycanlı iş adamları, sənətçilər, həkimlər və onların ailə üzvləri qatılıblar.
Azərbaycan Xalqlar Dostluğu Diaspora Təşkilatının Başqanı Lalə xanım Həsənova tədbir iştirakçılarını salamlayıb. O, Ulu Öndərin Türk dünyasının Lideri olduğunu və hər bir Azərbaycanlının qəlbində əbədi olaraq yaşadığını qeyd edib.
ASKEF başqanı Savaş Unal çıxışında Heydər Əliyevin Turan yolunda etdiyi tarixi xidmətlərindən danışıb.
AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi polkovnik Elmar Hüseynov Heydər Əliyevin Azərbaycanda Ordu quruculuğundan bəhs edib, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbədə Heydər Əliyevin qoyduğu tarixi irsin, vaxtilə yetişdirdiyi zabit və generalların müharibənin qələbə ilə başa çatmasındakı rolunu qeyd edib.
Tədbir iştirakçıkarına Heydər Əliyevin 100 illik Yubileyinə həsr edilmiş nəfis döş nişanı, Azərbaycan-Türkiyə bayrağı həkk olunmuş xatirə nişanları hədiyyə edildi.
Türk dünyasının fəxri, Ulu Öndər Heydər Əliyevin 100 illik Yubileyi münasibəti ilə Türkiyə-Azərbaycan qardaşlığına verdiyi töhvələrə, əməkdaşlığa və tədbirlərdə fəal iştirakına görə Türkiyə Cumhuriyyətinin Antalya şəhərində fəaliyyət göstərən Azərbaycan Xalqlar Dostluğu Diaspora Təşkilatı və Başqanı Lalə xanım Həsənova, ASKEF və Başqanı Savaş Unal, Türkiyə və Rusiyada vəkillik fəaliyyəti ilə məşğul olan Emil Hüseynov, Türk yazarı Ali Küçük AVMVİB-nin Fəxri fərmanı ilə təltif olunublar.