Baş Prokurorluğun Mətbuat xidmətinə yeni təyinat olub.
Bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Bağırova Pərvin Əhliman qızı mətbuat xidmətinin prokuroru təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl mətbuat xidmətinin prokuroru Əfəndiyeva Aynur Vüsət qızı vəzifəsindən azad olunaraq, qurumun Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsinin prokuroru təyin olunub.