Bizim Zəngəzura ermənilər Sünik deyir. Azərbaycan Zəngəzur dəhlizi anlamının dünyanın gündəminə daşıyandan Ermənistanın bu ərazisi son dərəcə məşhurlaşdı. Düşünün ki, hətta, Ermənistanın özündə belə ən geridəqalmış bir əyalət olan Zəngəzur indi dünya güclərinin diqqət mərkəzindədir. İran orada konsulluq açıb, Rusiya konsulluq açmağa hazırlaşır. Avropa Birliyi Sünikin inkişafı üçün 100 milyon avro ayırıb. Uzaq Çinin də Zəngəzur dəhlizində ciddi marağının olması kimsəyə sirr deyil. Türkiyə prosesləri yaxından izləyir...
 
Sizi bilmirəm, cənab Ərdoğanın yenidən prezident seçilməsindən sonra mən əminəm ki, Zəngəzur dəhlizi mütləq və mütləq açılacaq. 
 
Türkiyədə  İHA, SİHA və  "TOGG" adlı avtomobilə dodaq büzən zehniyyət olduğu kimi, bizdə də Zəngəzur dəhlizinin dəyərini anlamayan bir kəsim var. Onlar elə bilir ki, Zəngəzur dəhlizi boş və mənasız bir şeydir. Anlamırlar ki, Avropa İttifaqı ilə Çin arasında illik mal mübadiləsi 15 triolyon dollardan çoxdur. Bu isə o deməkdir ki, o boyda pul gəlib Azərbaycanın bu başından daxil olub o biri başından çıxacaq. Həm də bu, milyardlarla dollarlıq qazanc deməkdir. 
 
Nə vaxtsa Azərbaycanın nefti, qazı tükənəcək. Ancaq Zəngəzur dəhlizi Azərbaycana həmişə pul qazandıracaq. Özü də qazancımız təkcə maddi olmayacaq. Ölkəmizin siyasi və iqtisadi çəkisi də beynəlxalq səviyyədə yüksələcək...
 
Elbəyi Həsənli

Baxış sayı: 11465 | Tarix: 02.06.2023
Bizi Telegramda izləyin: @repostaz