Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəliyinin rəhbəri olmuş Əli Əliyev işdən çıxarılıb.
 
Bu barədə RePost.Az-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.
 
Rəsmi məlumata görə, Ə.Əliyevin səlahiyyət müddəti başa çatıb.
 
"Onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 2023- cü ilin yanvarında fəaliyyətinə müvafiq əmrlə xitam verilib. Fəaliyyət müddətinin uzadılması vəzifəsinin öhdəsindən gələ bilməməsi, işində yol verdiyi nöqsanlar səbəbindən məqsədəuyğun sayılmayıb", - QMİ-nin məlumatında vurğulanıb.

Baxış sayı: 8273 | Tarix: 17.06.2023
Bizi Telegramda izləyin: @repostaz