Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ölkəmizə rəsmi səfər edəcək.
 
Müdafiə Nazirliyindən verilən xəbərə görə, Yoav Qallantın İsrail Dövlətinin müdafiə naziri kimi ölkəmizə ilk səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.
 
səfər iyulun 14-dək davam edəcək. Səfər çərçivəsində Yoav Qallantın Prezident İlham Əliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov və təhlükəsizlik xidmətlərinin digər yüksək vəzifəli şəxsləri ilə görüşü gözlənilir.
 
Qeyd edilib ki, səfərin məqsədi Azərbaycanla siyasi əməkdaşlığı möhkəmləndirmək, iki ölkə arasında təhlükəsizlik və texnologiyalar sahəsində əlaqələri genişləndirməkdir.

Baxış sayı: 7570 | Tarix: 12.07.2023
Bizi Telegramda izləyin: @repostaz