İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantı qəbul edib.
 
Yoav Qallant İsrailin Baş naziri Benyamin Netanyahunun salamlarını dövlətimizin başçısına çatdırıb.
 
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İsrailin Baş nazirinə çatdırmağı xahiş edib.
 
Söhbət zamanı dövlətimizin başçısı ilə İsrailin müdafiə naziri arasında bu il Münxendə keçirilən görüş xatırlanıb.
 
İkitərəfli münasibətlərin inkişafından, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıqdan məmnunluq ifadə edilib. İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfərinin əlaqələrimizin inkişafında rolu qeyd olunub.
 
Görüşdə Azərbaycanın İsraildə səfirliyinin açılmasının əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb.

Baxış sayı: 7304 | Tarix: 13.07.2023
Bizi Telegramda izləyin: @repostaz