“Qubad İbadoğlu Anar Əliyevin şikayəti əsasında saxlanılıb. Əliyev siyasətçinin ona dollar verdiyini bildirib”.
 
Bu barədə jurnalistlərə vəkil Zibeydə Sadıqova məlumat verib.
 
O, İbadoğlunun Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci maddəsilə (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) şübhəli şəxs qismində cəlb olunduğunu təsdiqləyib.
 
Vəkil bildirib ki, axtarış Q.İbadoğlunun ofisində və yaşamadığı mənzildə aparılıb. Mənzildə 40 min dollar pul tapılıb.
 
O qeyd edib ki, hazırda İbadoğlu Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində saxlanılır. O, ittihamları qəbul etmir.
 
Bu gün istintaq hərəkətləri davam etdiriləcək. 48 saat ərzində ittiham irəli sürülməlidir, bundan sonra qətimkan tədbiri seçilməlidir. Hesablama 24 iyul gecə yarısından aparılır, o vaxta qədər İbadoğlu şahid statusunda olub.
 
Q.İbadoğlu iyulun 23-də günorta saxlanılıb. Dünən gecə Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci maddəsilə (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) cəlb edilib.

Baxış sayı: 6810 | Tarix: 24.07.2023
Bizi Telegramda izləyin: @repostaz