Dünən saxlanılan Qubad İbadoğlu məhkəməyə gətirilib.
Nərimanov rayon Məhkəməsinə gətirilən Qubad İbadoğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin vəsatətinə baxılacaq.
Onun vəkili Zibeydə Sadıqova APA-ya bildirib ki, Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və p təqsirləndirilən şəxs qismində cəlb edilib.
Qeyd edək ki, Qubad İbadoğlu ötən gün Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirib ki, Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.
Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə vermişdir. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılıb.