Ermənisan Xarici İşlər Nazirliyi yenə də dezinformasiya yayır.
 
Bunu Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Twitter“də yazıb.
 
Ermənistan XİN sözçüsü Ani Badalyanın yalan informasiyalar səsləndirməsinə cavab olaraq, Hacızadə qeyd edib ki, haqqında sözügedən 68 yaşlı Vaqif Xaçaturyan Xocalıdakı Meşəli qətliamında iştirak etdiyi üçün beynəlxalq axtarışa verilib.
 
Hacızadənin sözlərinə görə, istintaq müəyyən edib ki, Xaçaturyan 1991-ci ildə Meşəli kəndinə basqın edərək 25 azərbaycanlını qətlə yetirmiş, 14 nəfəri yaralamış, 358 azərbaycanlını öz yurd-yuvasından didərgin salmış erməni silahlı cinayətkarları sırasında yer alır.
 
Qeyd edək ki, Vaqif Xaçaturyan bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Baxış sayı: 8995 | Tarix: 30.07.2023
Bizi Telegramda izləyin: @repostaz