Qərbi Azərbaycan icmasının Ermənistanda öz yurdlarına qayıtmaq hüququ var, çünki bu icma 1980-ci illərin sonlarında Ermənistandan qovulub.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının “Əş-Şarg əl-Avsat” qəzetinə müsahibəsində bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın ozamankı demoqrafik vəziyyətinə baxdıqda, müsəlmanların, xüsusilə də azərbaycanlıların geniş coğrafi regionda məskunlaşdıqlarını və oranın yerli icması olduğunu görmək olar. Lakin bugünkü Ermənistan monoetnik cəmiyyətdir. Buna görə də Qərbi Azərbaycan icmasının öz vətəninə qayıtmaq hüququ var. Təəssüf ki, Ermənistan bu icmanın hüquqlarını tam şəkildə pozur.