İspaniya Krallığı Fransadan sonra Qarabağ ermənilərinə dəstək verən ölkə oldu. Düzdür, ispanlar bu dəstəyi qorxa-qorxa verdilər. Ancaq verdilər...
Öncə Fransa ilə bağlı bir-iki kəlmə deyim. Qərbə bağlı “theconversation.com/europe” saytı 2021-ci il avqustun 15-də “France’s new ‘separatism’ law stigmatises minorities and could backfire badly” (“Fransanın yeni "separatizm" qanunu etnik azlıqları ləkələyir (damğalayır) və bu, pis nəticə (əks təsir) verə bilər) adlı məqaləsinin girişində belə deyilir: “Fransanın konstitusiya məhkəməsi Fransa cəmiyyətində “separatizm”ə qarşı mübarizə məqsədi daşıyan “Respublika prinsiplərinə hörməti birləşdirən qanun”u kiçik düzəlişlərlə təsdiqləyib. Bu, prezident Emmanuel Makronun terrorla mübarizə proqramının bir hissəsidir”. Bu qanunla bağlı “France24” TV o vaxt belə yazırdı: “Fransanın aşağı palatası, Milli Assambleyası və Senat arasında gedən gərgin yeddi aylıq mübahisədən sonra separatizm əleyhinə qanun layihəsi 19 əleyhinə 49 səslə təsdiqləndi. Beş nəfər bitərəf qaldı”.
O vaxt bu qanun Qərb ölkələrində, xüsusən ingilisdilli mediada ciddi tənqid olundu. Bu qanunun etnik azlıqlara, xüsusən müsəlmanlara qarşı olduğu vurğulandı. Xatırladım ki, Fransada əhalinin10 faizi-6 milyon müsəlman yaşayır. Fransa müsəlmanların ən çox yaşadığı Avropa ölkəsidir...
Bu mürtəce qanunu müdafiə etmək üçün Emmanuel Makron “The Financial Times” qəzetində şəxsən geniş məqalə ilə çıxış etməli oldu...
Gördüyünüz kimi, Qərb mediası açıq-aşkar şəkildə deyir ki, cənab Makron separatizmlə mübarizəni terrorla mübarizənin tərkib hissəsi kimi görür. Xatırladım ki, Fransa unitar dövlətdir, yəni bölgələr mütləq şəkildə mərkəzə tabedir.
Fransa niyə “separatizm”ə qarşı mübarizə aparmaq üçün Konstitusiya Məhkəməsi səviyyəsində qanun qəbul edir? Çünki bu ölkənin separatizmlə bağlı ciddi problemləri var. Fransanın on iki, bir yox ha, məhz 12 separatçı bölgəsi var. Bəs İspaniyada vəziyyət necədir? İspaniyada isə nə az, nə çox, düz 8 separatçı bölgə var. Bəs bütövlükdə Avropada separatçı hərəkatların sayı nə qədərdir? 260-dan çoxdur.
Yuxarıda qeyd etdiyimiz “theconversation.com” saytı başqa bir məqaləsində- “Why the EU is right to back Spain against Catalan separatism” (Nə üçün Avropa İttifaqı Kataloniya separatizminə qarşı İspaniyanı dəstəkləməkdə haqlıdır?) adlı məqalədə bir çox həqiqətləri açıq şəkildə etiraf edir:” Avropa İttifaqı və Avropa liderlərinin Kataloniyanın müstəqilliyi ilə bağlı mövqeyi özünü qoruma instinkti kimi qəbul olunmalıdır. Separatizm Fransa, İtaliya, Almaniya, Belçika və Böyük Britaniyada mövcuddur - onların heç biri Kataloniya separatçı hərəkatını dəstəkləməklə öz daxillərində parçalanmaları təşviq etmək istəmirlər”.
Bir önəmli məqamı da vurğulayım: İspaniyada 7.7 milyon, Fransada isə 400 minə yaxın katalon yaşayır. Yəni Avropanın mərkəzində İspaniya və Fransa 8 milyonluq xalqın müstəqil dövlət yaratmasına imkan vermir. Hələ orası da var ki, katalonların dövlətçilik tarixi 1200 illik keçmişə söykənir. Hazırda Kataloniya İspaniyanın ən inkişaf etmiş bölgəsidir. Deməli, İspaniya və Fransa əl-ələ verib 8 milyondan artıq nüfuzu və qədim dövlətçilik ənənəsi və mədəniyyəti olan (məsələn, kubizm cərəyanının banisi Pablo Pikasso korsikalıdır.) olan xalqa müstəqil dövlət qurmağa imkan vermir, ancaq bir ovuc erməniyə görə yaxalarını cırırlar...
İndi sual olunur? Nədən Avropa İttifaqı Kataloniya məsələsində İspaniyanın yanında yer alır, ancaq Qarabağ erməniləri məsələsində nala-mıxa vurur? Halbuki söhbət eyni problemdən gedir?
Deməli, Fransa, elə İspaniya da öz daxilində separatizmə qarşı çıxır, separatizmi terrorun tərki hissəsi elan edir, Azərbaycanda isə müxtəlif bəhanələrlə Qarabağa ermənilərinə dəstək verirlər.
Separatsızım Qərbdə çox böyük bir problemdir. Məsələn, 20 ildir ki mən İsveçrədə yaşayıram. İsveçrə dünyanın ən varlı ölkələrindən biridir. Adətən dünya üzrə birinci üçlükdə yer alır. Hətta yaşam standartları son dərəcə yüksək olan İsveçrədə belə 4 separatçı bölgə var. Düzdür, bu separatçı hərəkatlar hazırda o qədər də aktiv deyil. Ancaq Avropanın hər hansı bir ölkəsində separatsızım qalib gəlsə, İsveçrədəki həmin separatçı mərkəzlərə yenidən güc gələcək. Özü də tək İsveçrədə yox. Bütün Avropa darmadağın olacaq.
Almaniyaya da ötəri bir nəzər salaq. Almaniyada 4 separatçı mərkəz var. Ən güclüsü Bavariyadır. Bavariya Almaniyanın beşdə biri deməkdir. Bu bölgədə 13 milyon alman yaşayır. Bəli, məhz alman yaşayır. Elə isə nədən Almaniyadan ayrılmaq istəyirlər? Çünki Bavariya Almaniyanın ən inkişaf etmiş bölgəsidir. Almaniyanın daha kasıb bölgələrini yedirtmək zorunda qalırlar. Onlar isə bunu istəmirlər. Yəni separatizm təkcə dini, etnik və irqi fərikliklərə söykənmir. İqtisadi amil də separatizmə təkan verə bilər...
Deməli, Fransa da, İspaniya da, elə digər Avropa ölkələri də separatizmi cilovlamaq üçün ən radikal addımlara əl atırlar. Ancaq kənarda isə separatizmə dəstək verirlər. Məsələn, əksər Avropa ölkələri Türkiyədə (PKK-kürd), Azərbaycanda isə erməni separatizminin güclənməsi üçün min oyundan çıxırlar. Niyə? Niyə Qərb Ukraynada əlində silah rus separatizminə qarşı vuruşur, ancaq Türkiyə və Azərbaycanda isə separatizmə dəstək verir? Özlərinə rəva görmədiklərini başqalarına rəva görürlər. Çünki Türkiyə və Azərbaycanın güclənməsi, bu iki ölkənin əksər məsələlərdə eyni mövqedən çıxış etməsi Qərbin ürəyincə deyil. O da sirr deyil ki, Türk Dünyasında gedən birləşmə-bütövləşmə prosesi də Qərbi qorxuya salır. Əslində isə Qərb Türk Dünyasından yox, Çindən qorxmalıdır...
Qərb özü etiraf edir ki, separatizmin hər hansı bir ölkədə qələbəsi domino effekti verə bilər. Bu isə dünya nizamının çökməsi və kütləvi qırğınlar deməkdir.
Biz Azərbaycan olaraq ən yüksək tribunalardan bu kimi həqiqətləri sərt şəkildə ortaya qoymalıyıq. Bir daha vurğulayıram: Separatsızım təkcə Azərbaycanın problemi deyil. Ona görə də separatizmi müdafiə edən dövlətlərin üzərinə getməliyik. Ən sərt şəkildə vurğuladığım bu kimi faktları separatizmi müdafiə edənlərin üzünə şillə kimi çırpmalıyıq.
Məncə, Azərbaycan bəyan etməlidir ki, biz 50 milyonluq xalqıq. Əslində separatizmin yayılması bizim xeyrimizədir. Çünki azərbaycan türklərinin yaşadığı böyük ərazilər var ki, həmin ərazilər Azərbaycana birləşməlidir. Bu isə o deməkdir ki, İran, Gürcüstan və Rusiyanın bir hissəsi Azərbaycana verilməlidir. Ümumiyyətlə, xəritədə Ermənistan adlı dövlət olmamalıdır. Çünki bu dövləti Rusiya imperiyası Qafqazda möhkəmlənmək üçün Azərbaycan torpaqları əsasında süni şəkildə yaradıb...
Elbəyi Həsənli, Sürix