Erməni əsilli şəxslərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin edilib.
 
Bu gün 90-dək erməni əsilli şəxs Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobilllərlə Xankəndidən gələrək, "Laçın" sərhəd-buraxılış məntəqəsindən Ermənistanın Gorus rayonu istiqamətinə maneəsiz keçib.
 
Bundan başqa, bu gün 60-dan çox erməni əsilli şəxsin Qarabağdan çıxaraq Ermənistana gedəcəyi gözlənilir.
 
Beləliklə, gün ərzində ümumilikdə 100 nəfərədək erməninin “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçidi gözlənilir.

Baxış sayı: 7665 | Tarix: 22.08.2023
Bizi Telegramda izləyin: @repostaz