Bəzi sürücülər avtomobillərinin üzərinə diqqət yayındıran yazılar yerləşdirirlər.
 
Bura müxtəlif xarakterli yazılar, şəkillər və bəzək arnamentləri daxildir.
 
Bəzən avtomobilin üzərinə o qədər lüzumsuz ifadələr yazılır ki, digər sürücülərin diqqətinin yayınması ilə nəticələnir.
 
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli bildirib ki, avtomobillərin üzərində diqqət yayındıran şəkil və yazıların yerləşdirilməsi yolverilməzdir:
”Əxlaqi normalara, mədəni səviyyəyə, mənəvi dəyərlərə sığmayan müxtəlif xarakterli yazılar, ictimaiyyətin qınağı və kəskin ikrah hissinə səbəb olur. Sürücülərdən xahiş edirik ki, avtomobilin əsas təyinatını unutmasınlar. Kiminsə fikir və istəklərini ifadə etmək kimi arzusu varsa, bu qanunla müəyyən edilmiş formada olmalıdır”.

Baxış sayı: 8045 | Tarix: 25.08.2023
Bizi Telegramda izləyin: @repostaz