Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə daha bir küçədə sürət həddi endirilib.
 
RePost.Az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bu gündən paytaxtın Fətəli xan Xoyski küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.
 
Qeyd olunan yol sahələrində müvafiq yol nişanları quraşdırılıb.

Baxış sayı: 9185 | Tarix: 28.08.2023
Bizi Telegramda izləyin: @repostaz