Bakıdan Xankəndidə yaşayan erməni əsilli sakinlər üçün iki maşın humanitar yük yola salınıb.
 
Bu barədə Azərbaycan RePost.Az-a Qızıl Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruz Aslan məlumat verib.Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək:
 
“Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”.

Baxış sayı: 5575 | Tarix: 29.08.2023
Bizi Telegramda izləyin: @repostaz