Rusiya Ağdam-Xankəndi marşrutu ilə humanitar yüklərin maneəsiz şəkildə regiona çatdırılmasının tərəfdarıdır.
 
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
 
Onun sözlərinə görə, məlum məsələ Rusiya XİN-in Azərbaycan-Ermənistan normallaşması üsrə xüsusi nümayəndəsi İqor Xovayevin İrəvan səfərində ətraflı müzakirə olunub: “Bu günlərdə o Bakıdadır. Onun azərbaycanlı tərəfdaşlarımızla müvafiq məsləhətləşmələri planlaşdırılıb. Biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin kompleks üçtərəfli razılaşmaları əsasında hərəkət edirik. Biz humanitar yardımın maneəsiz olaraq həm Laçın, həm də Ağdam marşrutu ilə regiona çatdırılmasının tərəfdarıyıq və məlum məsələnin lazımsız siyasiləşdirilməməsinə çağırırıq”.

Baxış sayı: 6145 | Tarix: 05.09.2023
Bizi Telegramda izləyin: @repostaz