İrana məxsus “Iran International Newsroom” “Tehran Sources Say Iran Sent Warning To Azerbaijan” (Tehran Mənbələri İranın Azərbaycana xəbərdarlıq göndərdiyini bildirir) adlı məqaləsində vurğulayır ki, İran Azərbaycanın Ermənistan və Qarabağa hərbi müdaxiləsindən narahatdır.
 
Sosial şəbəkələrdəki analitik xəbərlərdən birində iddia edilib ki, İran diplomatik təmaslar və müxtəlif görüşlər vasitəsilə Azərbaycanı Ermənistanın cənubundakı Sünik bölgəsində potensial təcavüzünə qarşı xəbərdar edib.
 
Mənbə əlavə edib ki, “Azərbaycan Tehranın Bakıya qarşı hərbi müdaxiləsi halında B planını formalaşdırmaq üçün İsrail və Türkiyə ilə koordinasiyada tədbirlər görüb”.
 
İran İslam Respublikası bundan əvvəl Qafqaz regionunun siyasi coğrafiyasında hər hansı dəyişikliyə və beynəlxalq sərhədlərin tənzimlənməsinə qarşı xəbərdarlıq etmişdi. İran bəyan edib ki, hər iki tərəf Qafqazın geosiyasi mənzərəsini və ya Qarabağ bölgəsindəki beynəlxalq sərhədləri dəyişməyə çalışarsa, İran öz neytrallığını bir kənara qoyub prosesə birbaşa müdaxilə edəcək. 
 
Elbəyə Həsənli, Sürix 

Baxış sayı: 7152 | Tarix: 09.09.2023
Bizi Telegramda izləyin: @repostaz