Ukrayna XİN Qarabağda keçirilmiş qondarma “prezident seçkisi” ilə bağlı bəyanat yayıb.
 
Bəynatda Ukrayna Xarici İşlər Nazirliyi sentyabrın 9-da Qarabağ (Azərbaycan Respublikası) ərazisində qondarma “prezident seçkisi”nin keçirilməsini pisləyir:
 
“Bu cür qondarma “prezident seçkisi”nin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, bu seçkilərin nəticələri isə əhəmiyyətsizdir. Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edir və Qarabağ münaqişəsinin siyasi və diplomatik yollarla həlli mövqeyindən çıxış edir”.

Baxış sayı: 6411 | Tarix: 09.09.2023
Bizi Telegramda izləyin: @repostaz