AXCP, Müsavat və ReAL-ın erməni terroruna qarşı siyasi partiyaların imzaladığı bəyanatdan kənarda qalması təəssüf doğurur...
 
Dünənə kimi deyirdiniz ki, İlham Əliyev, nə oldu Xankəndi, hanı Xocalı...Rusiyanın qorxusundan Qarabağda müharibəni dayandırdın. Azərbaycanı ermənilərə satdın, Rusiyanın ayağı altına atdın...
 
İndi də sülh göyərçinə dönüb antiterror əməliyyatına dodaq büzürsüz. 
 
ReAL özü bilər. Onlar elə yaranandan kosmopolit olublar. Ancaq AXCP və Müsavat kimi milli dəyərlərə sahib olan partiyaların Qərbin buyruğu ilə milli maraqlara arxa çevirməyə haqqı yoxdur. Siz xalqın yanında olmalısız. Amerikanın, Fransanın, itin-qurdun yox. Sizi iqtidara gətirsə-gətirsə, bu xalq gətirəcək, Qərb yox...
 
Siz Qərbpərəst (əslində ermənipərəst) yox, Azərbaycanpərəst olmalısız. Azərbaycan xalqının və dövlətinin yanında dayanmısızınız. Mən əminəm ki, Əblüfəz bəy də, Məmməd Əmin Rəsulzadə də sağ olsaydı antiterror əməliyyatına dəstək verərdi. Millətimizi Qarabağın erməni işğalından təmizlənməsi üçün birliyə səsləyərdi...
 
Doğrudanmı siz elə düşünürsünüz ki, bu kimi xəyanətləri xalq sizə bağışlayacaq? İşğalçı erməniyə görə özünüzü niyə qurban verirsiz ki...
 
Elbəyi Həsənli, Surix

Baxış sayı: 5841 | Tarix: 20.09.2023
Bizi Telegramda izləyin: @repostaz