Sentyabrın 20-də Qarabağdakı Rusiya sülhməramlı kontingentinin avtomobili Canyataq kəndi ərazisindəki müşahidə məntəqəsindən qayıdarkən atəşə tutulub.
Rusiya Müdafiə Nazirliyi xəbər verir ki, içərisində rusiyalı hərbçilərinin olduğu avtomobilin oldu silahlardan atəşə tutulması nəticəsində rusiyalı hərbçilər həlak olub.
MN-in məlumatında o da qeyd olunub ki, Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri insidentin bütün hallarını aydınlaşdırmaq üçün hadisə yerində işləyirlər.