“Bir ara müxtəlif ölkələrdən Azərbaycana gəlib nadir heyvan ovçuluğu ilə məşğul olanların sayı artmışdı”. 
 
Bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib. 
 
Deputat qeyd edib ki, onlar ov etməyə müəyyən vəsait ödəyir: “Heç o vəsaitin büdcəyə xeyri yoxdur. Amma təbiətimizi məhv edirlər. Bu vəziyyəti dəqiq təsəvvür edə bilmirəm. Lakin bununla bağlı şikayətlər var. O dəfə Qızılağac qoruğuna getmişdim. Elə bildim, orada müharibə gedir. Səhərdən axşama qədər silah səsləri gəlir. Ora quş gələr?!”
 
S.Rüstəmxanlı düşünür ki, xaricdən gələnlərin Azərbaycanda ov etməsinə qadağa qoyulmalıdır.

Baxış sayı: 7285 | Tarix: 17.10.2023
Bizi Telegramda izləyin: @repostaz