23 Xocalı sakinini xilas etmək üçün əsir düşən qəhrəmanımız Natiq Qasımovun döyüşdüyü Alban məbədinin görüntüləri yayılıb.
RePost.Az İTV-yə istinadən xəbər verir ki, video 32 ildən sonra Xocalının Pirlər kəndində lentə alınıb.
Xatırladaq ki, Natiq Qasımov təslim olduğu zamana qədər ermənilər elə bilib ki, kilsədə onlara qarşı bir tağım vuruşur.
Sonra əsir götürdükləri Xocalı sakinlərindən birini Natiq Qasımovla danışığa göndərirlər ki, gedib desin: "Əgər təslim olmasanız götürdüyümüz əsirləri öldürəcəyik! "Natiq Qasımov isə göstəriş verir ki, əvvəlcə əsirləri azad edin sonra təslim olmaqdan danışarıq.
Düşmən onun tələbini qəbul edir və əsirləri buraxırlar.
Bundan sonra təslim olan Natiq Qasımovun tək olduğunu görən düşmən "Digərlərinidə çağır!" deyib. Natiq isə cavabında "Sizinlə vuruşan mən idim. Məndən başqa heç kim yoxdur" deyir və təslim olur.
O gündən sonra Natiqdən heç bir xəbər alınmır.