Prezident Vənglidə ermənilərin azərbaycanlıların avtomobillərinin nömrələrindən düzəltdiyi lövhənin sökülməsi barədə tapşırıq verib.
RePost.Az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Kəlbəcərin Vəngli kəndinə səfər edən Azərbaycan Prezidenti işğal dövründə ermənilər növbəti vandallıq aktı nümayiş etdirərək, azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən düzəldilən lövhənin sökülməsi barədə tapşırıq verib.