Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi qaydası məlum olub.
 
Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti”nin təsdiq edilməsi haqqında” qərarda əksini tapıb.
 
Qərara əsasən, İclasların və birgə işçi görüşlərin keçirilməsi tarixi, vaxtı və yeri Komissiyaların Sədrləri arasında razılaşma ilə müəyyən olunur. İclasların və birgə işçi görüşlərin işçi dilləri rus və ya ingilis dilləridir.
 
İclaslar və birgə işçi görüşlər Komissiyaların Sədrlərinin rəhbərliyi altında keçir.
 
İclaslar və birgə işçi görüşlər Komissiyaların Sədrlərinin razılaşması ilə bir qayda olaraq növbə ilə Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərində və ya
 
Azərbaycan Respublikası ilə Ermənistan Respublikasının sərhədində və ya üçüncü ölkələrin ərazisində və ya videokonfrans formatında keçirilir.
 
İclasların və birgə işçi görüşlərin gündəlikləri, nümayəndə heyətlərinin siyahısı (Komissiyaların üzvləri istisna olmaqla) və iclasların və birgə işçi görüşlərin təşkilinin protokol məsələləri Komissiyaların Sədrlərinin razılaşması ilə müəyyən olunur. Nümayəndə heyətlərinin tərkibində iştirak edən xarici ekspertlər yalnız nümayəndə heyətlərinin tərkibinə daxil olduqları
 
Komissiyanın adından çıxış edə bilərlər. Komissiyaların razılaşması ilə və birgə sorğu əsasında üçüncü tərəflər iclaslarda və birgə işçi görüşlərdə məşvərətçi yardım göstərə bilərlər.
 
İclasların və birgə işçi görüşlərin Komissiyalarla təmsil olunan dövlətlərdən birinin ərazisində keçirildiyi hallarda qəbul edən tərəf onların keçirilməsi üçün bütün zəruri şəraiti yaradır, habelə gələn nümayəndə heyətinin bütün üzvlərinin təhlükəsizliyini təmin edir və zəmanət verir.
 
Komissiyaların Sədrləri başqa cür razılaşmadıqları təqdirdə iclaslar və birgə işçi görüşlər qapalı rejimdə keçirilir.
 
İşçi və razılaşdırılmış sənədlərin layihələri və iclasların və birgə işçi görüşlərin protokolları da daxil olmaqla iclasların və birgə işçi görüşlərin gedişatı və yekunları barədə istənilən məlumat yalnız Komissiyaların Sədrləri arasında ilkin razılaşma olduğu halda üçüncü tərəfə ötürülə bilər.
 
Qərarla komissiyalar arası iclasların və birgə işçi görüşlərin yekunları üzrə protokolların tərtib olunması qaydası da müəyyənləşib.
 
İclasların və birgə işçi görüşlərin yekunları üzrə yazılı formada iki əsl nüsxədə rus və ya razılaşma ilə ingilis dillərində protokol tərtib olunur.
 
Protokol Komissiyaların Sədrlərinin hər ikisi tərəfindən imzalanır.
 
Protokolda “Konfidensial” qrifi qoyulduğu halda Komissiyalar tərəfindən təmsil olunan dövlətlərin vəzifəli şəxsləri Sədrlər tərəfindən imzalanmış protokollara hər hansı ictimai, rəsmi istinadlardan çəkinirlər.

Baxış sayı: 6525 | Tarix: 14.12.2023
Bizi Telegramda izləyin: @repostaz