Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edəcək.
 
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Rusiya Sülhməramlı Kontingentinin komandanlığı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) və Azərbaycan Silahlı Qüvvələrinin mühəndis qoşunlarının nümayəndələri arasında ərazinin birgə humanitar minalardan təmizlənməsinə dair razılıq əldə olunması ilə bağlı danışıqlar aparılıb.

Baxış sayı: 5442 | Tarix: 15.12.2023
Bizi Telegramda izləyin: @repostaz