Yeni Azərbaycan Partiyası İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.
Bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.
Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.
YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov prezidentliyə namizədin səlahiyyətli nümayəndələri təyin edilib.
Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə növbədənkənar prezident seçkilərində maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.