ABŞ-nin bəzi bölgələrində qar həyatı iflic edib.
 
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, arası kəsilmədən yağan qar Tennessi, Nyu York, Arkansas, Kansas, Oregan və Mississippi kimi ştatlarda ölümə səbəb olub. 6 gün ərazində 40 nəfər həyatını itirib.
 
Ölkənin hidrometeoroloji proqnozlar bürosunun yaydığı məlumata əsasən, Nyu Yorkun Kanada ilə sərhəd olan bölgəsinə 75 sm hündürlüyündə qar yağıb.
 
Küləyin sürəti saatda 65 km-a qədər artıb. ABŞ-də 1090 təyyarə reysi ləğv edilib. 4221 təyyarə isə hava limanına gecikmə ilə eniş edib.
Ölkədə 95000 insan işıqsız qalıb. Kəskin hava şəraitinin həl bir müddət davam edəcəyi və hər yerin buz bağlayacağı bildirilib. 
 
ABŞ-nin havadan dronla çəkilən görüntüləri sosial şəbəkələrdə və mətbuatda yayılıb. Kadrlar filmlərdən olan görüntüləri xatırlatsa da, videoda əks olunan hər bir görüntü həqiqəti nümayiş etdirir.


Baxış sayı: 10591 | Tarix: 19.01.2024
Bizi Telegramda izləyin: @repostaz