Ermənistana məxsus PUA-nın Kəlbəcərdəki mövqelərimiz üzərində kəşfiyyat cəhdinin qarşısı alınıb.
 
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, fevralın 14-ü saat 12:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstibulaq yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopterlə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
 
“Bölmələrimizin sayıqlığı nəticəsində pilotsuz uçuş aparatı geri qayıtmağa məcbur edilib, təxribatın qarşısı alınıb”, - məlumatda deyilir.

Baxış sayı: 3846 | Tarix: 14.02.2024
Bizi Telegramda izləyin: @repostaz