Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlar qazanacaq.
 
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
 
Vüqar İskəndərov bildirib ki, fevralın 7-si müasir müstəqil Azərbaycan tarixinə xüsusi yazıldı: “Çünki həmin gün müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində seçkilər keçirildi. Bu seçkilər həm də İlham Əliyevin 20 illik fəaliyyətinə xalq tərəfindən verilən dəstək kimi də tarixə yazıldı. Ötən 20 il Azərbaycan tarixində qətiyyəti, prinsipial, milli maraqlara hesablanmış ardıcıl siyasətin yürüdülməsi ilə yadda qaldı. Güclü ordu quruculuğu, hərbi sənayenin qurulması və inkişaf etdirilməsi, iqtisadi inkişaf, güclü iqtisadi sistemin formalaşdırılması, maliyyə sabitliyi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin həlli ötən 20 ildə Azərbaycanı xarakterizə edən amillər oldu. Eyni zamanda cəmiyyətdə sabitlik və təhlükəsizlik, Azərbaycanın sabitlik adasına çevrilməsi, uğurlu, müstəqil və prinsipial xarici siyasət, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, ölkəmizin beynəlxalq nüfuzunun artması, dünyada etibarlı tərəfdaş imici qazanması da ötən 20 ili xaraterizə edən amillər sırasında oldu”.
 
Deputat qeyd edib ki, bu uğurların əldə edilməsində Prezident İlham Əliyevin qətiyyətli idarəçiliyi və xalq-iqtidar birliyi, vahid ideya ətrafında birləşmə öz sözünü dedi: “Xalq birmənalı olaraq dövlət başçısının həyata keçirdiyi siyasəti dəstəklədi və bu siyasətin reallaşmasında yaxından iştirak etdi. Bu amil həm də 44 günlük Vətən müharibəsində də başlıca məqam kimi tarixə düşdü. Kimsə şübhə etmir ki, eyni birlik içərisində yeni dövrdə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlar qazanacaq”.
 

Baxış sayı: 7000 | Tarix: 15.02.2024
Bizi Telegramda izləyin: @repostaz