Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənməsi barədə bu gün Sərəncam imzalayıb.
Kabinetin yeni tərkibində yalnız ədliyyə naziri Fikrət Məmmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yer almayıb.
Ədliyyə naziri vəzifəsinin müvəqqəti icrası ədliyyə nazirinin müavini Azər Cəfərova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinin müvəqqəti icrası isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlıya həvalə edilib.
Gözlənildiyi kimi, Dövlət başçısı yeni kabinetdə ciddi dəyişiklik aparmayıb.
Qeyd edək ki, APA dünən öz mənbələrinə istinadən Nazirlər Kabinetinin tərkibində böyük dəyişiklik gözlənilmədiyini yazmışdı.