“Krokus Siti”yə edilən dəhşətli hücumu qətiyyətlə pisləyirik.
 
Bu barədə Azərbaycan XİN "X" hesabında paylaşım edib:
 
"Biz Moskvada “Krokus Siti” konsert kompleksinə edilən dəhşətli hücumu qətiyyətlə pisləyirik. Həlak olanların ailələrinə, eləcə də Rusiya Federasiyası xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik. Azərbaycan terrorun qurbanı olan ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir".
 

Baxış sayı: 7114 | Tarix: 22.03.2024
Bizi Telegramda izləyin: @repostaz