Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib.
 
Görüş zamanı Azərbaycan Prezidentinin andiçmə mərasimindəki çıxışında Türk dünyasını bizim bir ailəmiz adlandırdığını qeyd edən Mövlud Çavuşoğlu diqqətə çatdırıb ki, dövlət başçısının bu çıxışında Türk dünyasının birliyi ilə bağlı dediyi çox dəyərli fikirlər Türk dünyasında böyük məmnunluqla qəbul olunub.
 
“Siz dünyada önəmli bir lidersiniz və Sizin Türk dünyasının güclənməsi istiqamətində atdığınız addımlar bütün Türk dünyasına bəllidir”, - Mövlud Çavuşoğlu vurğulayıb.

Baxış sayı: 3751 | Tarix: 05.04.2024
Bizi Telegramda izləyin: @repostaz