Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Azərbaycanda taksi sayına məhdudiyyət qoyulmasına dair məsələyə aydınlıq gətirib.

RePost.Az AYNA-ya istinadən məlumat verir ki, müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər.

Bildirilib ki, “Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilə bilər.


Baxış sayı: 5043 | Tarix: 07.05.2024
Bizi Telegramda izləyin: @repostaz