İran Prezidenti İbrahim Rəisi və onu müşayət edən şəxsləri daşıyan helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğrayıb.
 
Bu barədə İranın IRNA Agentliyi qəza yerinin ətrafındakı kəndlərin sakinlərinə istinadən məlumat yayıb.
 
Sakinlər deyiblər ki, onlar bu ərazidən səslər eşidiblər.
 
Əraziyə pilotsuz uçuş aparatları və axtarış itləri də daxil olmaqla, tam avadanlıqla təchiz olunmuş 20-dən çox xilasetmə qrupu göndərilib.
 
Onlarla yanaşı, ərazidə axtarış əməliyyatlarına kömək etmək üçün silahlı qüvvələrin gözətçi qrupları və xüsusi təyinatlıları da iştirak edir.
 
Ərazinin mürəkkəbliyi, eləcə də əlverişsiz hava şəraiti, xüsusən də ərazidə kəskin duman olması səbəbindən axtarış-xilasetmə işləri çətinləşib.
 
***
 
Saat 19:06
 
Vitse-prezidentin başçılıq etdiyi İran hökumətinin nümayəndə heyəti Rəisi helikopterinin sərt eniş etdiyi yerə gedib.
 
APA TASS-a istinadən xəbər verir ki, bu barədə İran Nazirlər Kabinetinin sözçüsü məlumat verib.
 
***
 
18:18
 
“İran Prezidentini daşıyan helikopterin dəqiq yeri müəyyən edilib, xilasetmə işləri davam edir”.
 
APA xəbər verir ki, bu barədə Mehr Agentliyi məlumat yayıb.
 
Məlumata görə, Prezident və heyəti daşıyan helikopterin qəza yeri Qaradağ meşələrində yerləşən Uzi kəndi ətrafında olub və qəza yerinə xilasetmə qrupları göndərilib.
 
Qəzanın baş verdiyi ərazidə xilasetmə qüvvələri çətinliklə üzləşib.
 
 
 
***
 
17:55
 
“Xilasetmə qrupları qəzanın baş verən əraziyə çatıb”.
 
APA xəbər verir ki, bu barədə məlumatı İran Prezidentinin daşıyan vertolyot Varzeqan ictimai ərazisində "sərt eniş" qəzası keçirməsi ilə bağlı İRNA yayıb.
 
Məlumata görə, təxminən bir saat qəzadan sonra xilasetmə qrupları elan edilən yerə gəlib və axtarışlara başlanılıb.
 
Əraziyə 20 xilasetmə qrupu və pilotsuz uçan aparat göndərilib, lakin ərazinin keçilməz olması, dağlıq və meşə şəraiti, eləcə də əlverişsiz hava şəraiti, xüsusən də qatı duman səbəbindən axtarış-xilasetmə əməliyyatı vaxt aparacaq.
 
«Biz hələ də prezidenti aparan helikopterin vəziyyətindən xəbərsizik».
 
APA xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Mehr agentliyinə bildirib.
 
Məlumatda qeyd olunub ki, hələlik vəziyyətlə bağlı ətraflı məlumat yoxdur:
 
“Yaxında vəziyyətlə bağlı ətraflı məlumat veriləcək”.
 
Daxili işlər naziri Əhməd Vahidi isə bildirib ki, onlar xilasetmə qruplarının qəza yerinə getməsini gözləyir:
 
“Hava şəraitinin yaxşı olamaması səbəbi ilə prezidenti daşıyan helikopter sərt eniş etməli olub”.
 
***
 
17:13
 
İran Prezidentinin daşıyan vertolyot Varzeqan ictimai ərazisində "sərt eniş" qəzası keçirib.
 
APA xəbər verir ki, bu barədə İran Dövlət xəbər agentliyi məlumat yayıb.
 
Bu helikopterin sərnişinləri arasında Ayətullah Rəisi, Təbrizin imam cüməsi Ali-Haşim, xarici işlər naziri Hüseyn Əmirabdollahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa siyasi xadim də olub.
 
Xilasetmə qrupları qəza yerinə yollanır.
 
***
 
17:04
 
İran prezidenti İran Prezidenti Seyid İbrahim Rəisinin helikopteri “təcili eniş” edib
 
APA xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
 
İran prezidentini daşıyan helikopter Azərbaycanla sərhəd yaxınlığındakı Verzeqan şəhəri yaxınlığında təcili eniş edib və onun göyərtəsində xarici işlər naziri də olub.

Baxış sayı: 6164 | Tarix: 19.05.2024
Bizi Telegramda izləyin: @repostaz