Xudavəng monastırı Azərbaycanın tarixi və mədəni irsinin vacib nümunələrindən biridir. Azərbaycandakı bütün dini və mədəni abidələr dövlət tərəfindən qorunur və bərpa edilir.
 
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.
 
O qeyd edib ki, bu faktor Azərbaycanın özünün mədəni irsini qorumağa sadiq olduğunu nümayiş etdirir:
 
“Təəssüf ki, Ermənistanın işğalı dövründə Azərbaycanın bir çox mədəni və dini abidələri dağıdılıb, talan edilib və Ermənistan tərəfindən özününküləşdirilib. Xudavəng monastırı da bu vandalizmin tərkib hissəsi kimi təhrif olunmağa və saxtakarlığa məruz qalıb. Azərbaycan müharibədən sonra bu ərazilərdəki mədəni irsin bərpasına ciddi yanaşır və ölkəmizin bu sahədəki təcrübəsi nümunə ola bilər. Xudavəng kimi digər abidələrin də orijinal tarixi formasında bərpası və mühafizəsi bu siyasətin tərkib hissəsidir”.

Baxış sayı: 4625 | Tarix: 18.09.2024
Bizi Telegramda izləyin: @repostaz