Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür.
 
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub.
 
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Bununla da, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsinə başlanılıb.
 
Bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması isə 1992-ci ildə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin göstərişi ilə baş tutub.
 
O vaxtdan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olaraq bayram edilir. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.
 
Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır.
 
Dəyərli dostlar, saytımızın oxucuları RePost.Az saytı olaraq Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, həmrəyliyimiz, bərabərliyimiz daimi olsun və hədəflərimizə çataq. Hədəfimiz isə o taylı, bu taylı Azərbaycanın birliyi bərabərliyidir. Bu bayram da məhz Azərbaycanın bütövlüyü ilə bağlıdır. Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri dağıtması rus-fars rejiminin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək çağırşları azərbaycanlıların bir millət və vaxtilə bir dövlət olduğunu dünyaya çatdırdı. O gündən də dünyanın bir çox ölkəsində azərbaycanlılar 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edirlər və hər gün birliyimizə doğru daha da yaxınlaşırıq. Qrabağı işğaldan azad etməklə müasir Azərbaycan dövlətinin suverenliyini bərpa etdik. Növbəti hədəf Zəngəzur dəhlizi və Naxçıvanla Azərbaycan Respublikasının quru əlaqələrini bərpa etməkdir. Daha sonrakı hədəfimiz isə fars molla rejiminin əsarətində olan soydaşlarımızı və torpaqlarımızı azad etməkdir. Biz buna inanırıq və gün gələcək bu bayramı 50 milyonluq Azərbaycan dövlətində qeyd edəcəyik. 
 
Qoy həmrəyliyimiz daimi olsun, Yeni İİlimiz bizi hədəfimizə götürsün!
 

Baxış sayı: 2459 | Tarix: 31.12.2024
Bizi Telegramda izləyin: @repostaz