Çox cazibədardır; elə filmlərə çəkilməsində də gözəlliyinin rolu böyük olub. Bunu özü də etiraf edi - Pərvin Abiyevanı deyirəm.
RePost.Az bir müddət öncə sosial şəbəkədə paylaşdığı açış-saçıq fotolarına görə az qala topa tutulan aktrisanın Yeniçağ.az-a müsahibəsini təqdim edir.
- Pərvin bir ara müntəzəm olaraq filmlərə çəkildin, amma sonradan filmlərdən, efirlərdən, tədbirlər uzaqlaşdın, niyə?
- Düz deyirsiniz. Çox filmlərə çəkildim və fikirləşdim ki, insanların gözünü yormamaq üçün fasilə vermək lazımdır. Bu son layihələrimi də bitirim, sonra yenidən itəcəm.
- Özünü kaprizli aktrisa sayırsan?
- Yox, əgər mən kaprizli aktrisa olsaydım, heç bir rejissor ikinci-üçüncü roldan sonra məni filminə dəvət etməzdi.
- Düzünü de, rejissorlar səni daha çox istedadına görə filmlərinə dəvət edir, yoxsa fakturana görə?
- Faktura böyük rol oynayır, bunu etiraf etməliyəm. Düzdür, mən özümü o qədər də gözəl hesab etmirəm, amma eybəcər də deyiləm. Eyni zamanda, tamaşaçılarda maraq oyatmağı bacarıram, bu da mənə kömək edir.
- Vücudunda sənə gözəllik verən nədir?
- Ayaqlarım, boyum.
- Bir müddət öncə sosial şəbəkədə çimərlik geyimlərində fotolarını paylaşdın. Bu, insanlar tərəfindən birmənalı qarşılanmadı. Həmin fotoların altından xoşagəlməz rəylər yazdılar. Sənin də reaksiyan çox sərt oldu...
- Çünki bilmirlər söhbət nədən gedir, amma əleyhimə danışıb, ağızlarına gələni yazırlar. Məni tanımadan mühakimə edirlər və o zaman da çox qəddar olurlar. Özümə kim nə deyir desin, amma ailəmə toxunmasınlar. Bəlkə də mən göz önündə olduğuma, ya məni qısqandıqlarına, ya da elə kimsə sırf dindarlığı üzündən o fotolara görə mənə təhqiramiz sözlər yazdılar. Amma hər şeyin həddi var: bir var tənqid, irad, bir də var təhqir.
- Ən sərt təhqir nə idi?
- Anam, atam və qardaşımla bağlı ağızlarına gələni yazdılar.
- Nə yazmışdılar ki?
- İnşallah anan, qardaşın, atan ölər və sən də onların yasında oynayarsan.
- Məhkəməyə nə əcəb vermədin?
- Verəcəkdim, sadəcə olaraq, məni təhqir edənin ailəsi, əmisi uşaqları, bütün nəsli müxtəlif yollarla mənə zəng edib yalvardılar, hamısı məndən üzr istədilər. Dedilər ki, bunu yazan uşaqdır, yaşı azdır, mən də keçdim.
- Gözəllik başına bəla olurmu heç?
- Həddən artıq.
- Nəzərə gəlməkdən qorxursan?
- Bədnəzərdən çox, cadudan və qarğışdan qorxuram.
- Qazancın normal yaşama bəs edir?
- Başqalarını bilmirəm, amma mən Azərbaycanda normal qonorarımı alıram.
- Yəni qabaqcadan rejissorla şərt kəsirsən qonorara görə?
- Yox, amma istədiyim qədər qonorarımı verirlər.
- Qlamur həyat yaşayırsan?
- Lüks həyat tərzini sevirəm və yaşayıram. Amma bununla belə kənd həyatını da xoşlayıram.
- Bunun üçün maliyyən yetərincədir?
- Bəli, mən özüm-özümə də pul xərcləməyi çox sevirəm.
- Ən çox nəyə pul xərcləyirsən?
- Geyimlərimə.
- Gözəl xanımsan, sevdiyin kişi də var. Amma yəqin ki, əks-cinsin nümayəndələrindən komplimentlər də eşidirsən, reaksiyan necə olur?
- Xoş rəylərdən niyə inciyim ki... Xoşuma gəlməyən boş sözlər olanda həmin adamları "blok"a atıram, ya da reaksiya vermirəm.
- Avtomobilin hədiyyədir?
- Yox, öz puluma almışam. Qiyməti də 90 min manatdır.