Ehtiyatda olan polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadə yenidən ailə həyatı qurub.
 
RePost.Az-ın məlumatına görə, Ə. Qənizadənin yeni həyat yoldaşı Gülşən Hüseynova da Hərb Tarixi Muzeyində çalışır. 1957-ci il təvəllüdlü olan Ə.Qənizadənin(60 yaş) ailə həyatı qurduğu Gülşən Heydərova (32yaş) 1985-ci ildəndir.
 
Polkovnik Ə. Qənizadə Əfqanıstanda və Qarabağda döyüşlərdə iştirak edib. 1992-1993-cü illərdə Qarabağda gedən döyüşlərdə reyd taborunun komandiri, 1993-cü ilin əvvəllərində 701 saylı briqadanın komandiri olub. O, Bakı Ümumqoşun Komandirləri Məktəbində müdafiə naziri Zakir Həsənovla bir yerdə təhsil alıb.
 
Məlumatda həmçinin o da bildirilir ki, bu Ə.Qənizadənin 4-cü evliliyidir.
 
"Hər kəsə öz təşəkkürümü bildirirəm. Düzü, hamını dəvət etməyə utandım. Allah hamıya kömək olsun. Əvvəllər evli olmuşam. Lakin neçə illər idi ki, subay idim. İllərdən sonra xoşbəxtliyimi bərpa etdim", polkovnik evliliyinə aydınlıq gətirib.
 
RePost.Az

Baxış sayı: 4682 | Tarix: 26.04.2017
Bizi Telegramda izləyin: @repostaz