Çox vaxt biz nəqliyyatda əyləşərkən səfər zamanı rahatlığımız haqqında düşünürük. Amma təhlükəsizliyimizi də unutmaq lazım deyil, axı hər bir nəqliyyat növündə elə yerlər var ki, orada qəza baş verərsə zərər çəkmək ehtimal daha azdır.

Sizin üçün 7 növ nəqliyyat vasitələrində müxtəlif tədqiqatlar və statistika əsasında müəyyən edilən təhlükəsiz yerlər haqda məlumat təqdim edirik.

Avtomobil

Təhlükəsiz yerlər: sürücünün arxasındakı və mərkəzdəki oturacaqlar. Çünki qəza vaxtı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşarsa bu hissə daha  az deformasiyaya məruz qalır.

Təhlükəli yerlər: sürücünün yanında, çünki toqquşma zamanı o, qeyri-ixtiyari olaraq qorunmağa çalışacaq, və bu halda onun yanında oturan şəxs təhlükədə olacaq.

Marşrut taksisi

Təhlükəsiz yerlər: kürək kürəyə olan oturacaqlar, belə ki, qəfil əyləc basıldıqda başınızla kreslonun arxasına çırpılmaq şansınız daha azdır.

Təhlükəli yerlər: pəncərə və qapı tərəflər, çünki qəza zamanı bu hissələrdə əyləşən sərnişin yaralana, sınan şüşə laylarının altında əzilə bilər. Avtomobildə olduğu kimi sürücünün yanında əyləşmək məsləhət deyil.

Trolleybus 

Təhlükəsiz yerlər: keçiddə sağ sırada (əgər hərəkət sağtərəflidirsə), çünki qarşıdan gələn nəqliyyat axını soldan hərəkət edir, və bu səbəbdən də,  zərər çəkmək şansı daha azdır. Həmçinin salonun ortasındakı arxası hərəkətə tərəf olan yerlər də təhlükəsiz hesab edilir.

Təhlükəli yerlər: marşrut taksisində olduğu kimi, şüşə qəlpələrindən zərər çəkməmək üçün pəncərə və qapıya yaxın oturmaq lazım deyil.

Şəhər avtobusu

Təhlükəsiz yerlər: salonun ortasındakı hərəkət istiqamətində ən sağda yerləşən qıraq oturacaqlar. Çünki onlar digər yerlərdən fərqli olaraq, qarşıdan gələn nəqliyyat vasitələrindən daha uzaqdadırlar.

Təhlükəli yerlər: ilk iki oturacaq, çünki qəza zamanı  çox vaxt  avtobusun böyük alın şüşəsindən salona yad predmetlər və qəlpələr dolur. Bu, pəncərə və qapı yanında olan yerlərə də aiddir. Arxa oturacaqlar yalnız arxadan zərbə zamanı təhlükəlidir.

Qatar

Təhlükəsiz yerlər: mərkəzdəki vaqonlara daha yaxın yerlər. Həmçinin 5-ci və ya 6-cı kupeləri də seçmək daha yaxşıdır, yəni ortaya daha yaxın. Çünki toqquşma zamanı  birinci və son vaqon ya əzilir, ya da relsdən çıxır.

Təhlükəli yerlər: hərəkət istiqaməti boyunca olan yerlər. Çünki maşinist  qəfil əyləci basdıqda, həmin yerlərdən döşəməyə düşmək şansı daha çoxdur.

Gəmi

Təhlükəsiz yerlər: göyərtə və ona daha yaxın kayutlar. Çünki qəza zamanı gəminin yuxarı hissəsi sonda suyun altına gedir.

Təhlükəli yerlər: alt kayutlar. Məsələn, dəlik açıldığı halda, bütün əmələ gələn çatlardan alt kayutlara su dolmağa başlayır və oradan çıxmaq da daha çətin olur.

Təyyarə

Hava gəmisinin hansı hissəsində yer seçmək yaxşıdır məsələsinə gəlincə, mütəxəssislər indiyə qədər bir çox fikir ayrılığına görə bunu müəyyən edə bilmirlər. Amma ekspertlərin bir  çoxu iddia edir ki, təyyarənin quyruq hissəsi daha az təhlükəlidir, nəinki qabaq hissəsinin birinci sıraları.

Amma ən vacib olanı təhlükəsizlik texnikasını unutmamaq, həmçinin ictimai nəqliyyatda hərəkət və davranış qaydalarına riayət etmək lazımdır. Bu halda qəzaya düşmək ehtimalı minimuma qədər azalacaq.

RePost.Az


Baxış sayı: 4891 | Tarix: 27.04.2017
Bizi Telegramda izləyin: @repostaz