Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun arvadı Sevinc Orucovaya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində vəzifə verilib.
RePost.Az Femida.az-a istinadən xəbər verir ki, Sevinc Orucova Komitənin Gender Siyasəti və Qadın Problemləri Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə təyin olunub.
Komitənin İnformasiya Şöbəsindən faktı təsdiqləsələr də, vəzifə haqqında ətraflı məlumat verilməyib.
RePost.Az