Azərbaycanlı ekstrasens Etibar Nəsibov Bermud üçbucağının sirrini açdığını iddia edir.
RePost.Az Oxu.Az-a istinadən xəbər verir ki, mütəmadi olaraq sosial şəbəkələrdəki səhifələrində dünyada baş verəcək hadisələrlə bağlı proqnozlar verən öncəgörücü bu dəfə alimlərin uzun illərdir baş sındırdığı dünyanın 8-ci möcüzəsini çözüb.
Hazırda Rusiyada olan (Rusiya ekstrasenslər birliyinin üzvüdür) Etibar bəy fikrini belə izah edib:
"Allahın möcüzələri çoxdur, yəni hər yerdə - torpaqda, suda, havada və sairə. Mənim hissimə görə, Bermud ucbucağı 4 möcüzəyə bölünür: 1200 il bundan əvvəl göydən gələn maqnitləşmiş daş okeana düşüb, bu da o dəməkdir ki, bura müqqədəs zonadır. Ona görə də hava və su nəqliyyatı ora yaxınlaşdıqda oradan qeyri-adi səslər gəlir. O səslər də Süleyman peyğəmbərə məxsus cinlərin səsidir. Ey alimlər, hələ 30-40 il o suyun üzərinə qeyri-adi Günəş şüası təsir edəcək və okean aralanmağa başlayacaq, ona yaxın bir çox dövlətlər su altında qalacaq. Okeanda olan daşın həcmi 1 tona yaxındır və o zona üçbucaga oxşayır”.
Xatırladaq ki, Bermud və ya Şeytan üçbucağı — Atlantik okeanının şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir. Təqribən yarım milyon kvadrat mil sahəni tutur. Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə sirli yer və anormal zona sayılır. Şeytan üçbucağı və ya Şeytan dənizi kimi tanınan Bermud üçbucağı okeanın təqribən yarım milyon kvadrat mil (1,2 milyon km2) sahəsini tutur. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilmişdir.
Bermud üçbucağı kütləvi informasiya vasitələrinin təqdimatında naməlum fizika qanunlarının etibarlı olduğu və ya fizika qanunlarının işləmədiyi qeyri-adi bölgə kimi məşhurlaşmışdır. Bu üçbucaqda bir çox təyyarə və gəminin qeybə çəkildiyi kimi bir inanc mövcuddur. Bermud üçbucağı əfsanəsinin müasir tarixi 5 donanma təyyarəsinin böyük fırtına ilə qarşılaşaraq yoxa çıxması ilə başlamışdır.
RePost.Az