Elm dünyasını dərindən sarsıdacaq bir kəşf edilib. Mərakeşdə 300 min illik tarixi olan insan skeletinin aşkar edildiyi bildirilir.

Mərakeş Mədəniyyət və Əlaqə Nazirliyindən verilən açıqlamada elm adamı və tədqiqatçı Albdulvahid bin Nasir və almaniyalı tədqiqatçı Jan Jak Yublanın rəhbərliyi altında çalışan beynəlxalq bir arxeologiya qrupunun Yusufiyə bölgəsində yerləşən Cəbəl İhud kəndi yaxınlığında aparılan qazıntı işlərində Homo sapiensə (ağıllı insan) aid skelet qalıqlarına rast gəldikləri deyilir.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, qalıqların təxminən 300 min il öncəyə aid olduğu ifadə edilən açıqlamada aparılan test nəticəsində sümüklərin indiyə qədər aşkar edilən ən qədim insan qalıqları olduğu bildirilir.


Baxış sayı: 5157 | Tarix: 08.06.2017
Bizi Telegramda izləyin: @repostaz