Sektora geri qayıtmağa hazırlaşan "Nokia"nın Android əməliyyat sistemli yeni cihazının qiyməti bilindi.
RePost.az-ın technote.az-a istinadən verdiyi məlumata görə, Android və iOS cihazlarının sürətl iyüksəlişindən sonra fasilə perioduna girən, daha sonrasında isə sektorda daha çox dayanabilməyərək "Microsoft"-un tərkibinə qatılan"Nokia", bildiyiniz kimi"Microsoft" ilə olan müqaviləsini yekunlaşdırmış və yenidən mobil cihaz sektorunda öz markası ilə qayıtmaq üçün işlərə başlamışdı.
Qarşıdakı ilin ilk aylarında sektora təkrar addım atmağa hazırlaşan "Nokia", "HMD Global" adlı firmanın dəstəyini arxasına alaraq bu işi reallaşdıracaq. "HMD" CEO-su Arto Nummela, "Nokia"nın Android əməliyyat sistemli yeni telefonları haqqında verdiyi bir digər reportajda, cihazların qiymətləri haqqında da detalları paylaşdı.
D1C adı ilə gələcək olan Nokia cihazı, 2GB və 3GB RAM seçimi olmaq üzrə iki fərqli formada təqdim ediləcək. Cihazın2GBRAM-lı modelinin qiyməti 150 dollar, 3GB RAM-lı modelinin qiyməti isə 200 dollar olacaq. Təbii ki, bu qiymətlər hələ Nokianın başlanğıcda olduğunun bir işarətidir. Telefonun funksiyalarına da baxdığımızda bu vəziyyəti anlamaq olur:
1.4GHz Snapdragon 430 prosessor
Adreno 505 GPU
2GB / 3GB RAM
Android Nougat 7.0 əməliyyat sistemi
5 / 5.5-inç, 1080p ekran
16GB daxili yadda.
13 / 16MP arxa kamera
8MP ön kamera
Nokia D1C-nin fevral ayında keçiriləcək MWC 2017 tədbirində təqdim edilməsi gözlənilir.
Repost.az