“Azərbaycanda deputatlara yaltaqlıq qadağan olunmalıdır”.
RePost.Az APA-ya istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev çıxış edib.
Özbəkistanda bu addımın atıldığını xatırladan deputat Azərbaycanda da bu qadağanın tətbiq olunması təklifini irəli sürüb. O, təkcə deputatlara deyil, məmurlara da belə qadağa tətbiq olunmasını istəyib.
Spiker Oqtay Əsədovun Q. Həsənquliyeva cavabı belə olub: “Səni anlayıram, bilirəm ki, ürəyin doludur. Amma yaltaqlığın bir dərəcəsini göstər, biz də məsələyə baxaq”.
RePost.Az