Erməni silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində ölənlər nənə və nəvədir.
 
RePost.Az-ın məlumatına görə, Alxanlı kənd ərazi nümayəndəsi İlham İsrafilov APA-nın Qarabağ müxbirinə bildirib ki,  kəndin axşam saatlarında artilleriya qurğularından və digər ağır silahlarından intensiv atəşə tutulması zamanı mərmilərdən biri kənd sakini Salman Quliyevin evinin həyətinə düşüb.
 
Partlayış nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Onların qohumu, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.  
 
Yaralı xəstəxana çatdırılıb.
 
Azərbaycan Ordusu cavab atəşi ilə düşmən susdurulub.

RePost.Az


Baxış sayı: 3466 | Tarix: 04.07.2017
Bizi Telegramda izləyin: @repostaz