Yevlaxda yaşayan Kəlbəcər sakini Ruslan Nəbiyev lazımsız dəmir borulardan maraqlı minik vasitəsi hazırlayıb.


RePost.Az Xezerxeber.az-a istinadən xəbər verir ki,isifadə edilməyən boruları xüsusi alətlərlə əyib, əvvəlcə velosipedin 8 güşəli təkərlərini hazırlayıb. Daha sonra minik vasitəsinə əlavə dəyişikliklər edərək ramanı düzəldib.
33 yaşlı ustanın 1 ay vaxt sərf edib hazırladığı minik vasitəsi müasirlərdən çox yük götürmə və sürətinə görə seçilir.


Kəlbəcər sakini minik vasitəsinin hərəkət edərkən təkərlərində olan 8 güşənin daha çox diqqət çəkdiyini deyir. Ruslan Nəbiyev əl işini 1000 manat müqabilində sata biləcəyini də deyir.
O, gələcəkdə fərqli formalı fayton hazırlamağı planlaşdırır.

RePost.Az


Baxış sayı: 5328 | Tarix: 10.07.2017
Bizi Telegramda izləyin: @repostaz