Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 91-ci km-də, Biləsuvar rayonu ərazisindən keçən hissəsində kollektor üzərində yerləşən və qəzalı vəziyyətə düşmüş avtomobil körpüsü əsaslı şəkildə bərpa olunub.
 
Azəravtoyol ASC-dən RePost.Az-a verilən məlumata görə, bərpa işləri zamanı körpünün dayaqları bərkidilib, dəmir-beton aşırım tirləri yeniləri ilə əvəzlənib, plitələrin üstü (hərəkət hissə) betonlanıb, daha sonra körpü üzərinə asfalt-beton örtük döşənib və kənarlarına yeni mühəccərlər quraşdırılıb.
 
Körpü sabahdan etibarən sürücülərin istifadəsinə veriləcək.
 
Xatırladaq ki, 1973-cü ildə inşa olunan 3 aşırımlı körpü ötən ay ağır tonnajlı yük maşınlarının intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətə düşmüşdü. Uzunluğu 30 metr, eni isə 8 metr olan körpünün dayaq hissəsi sıradan çıxmışdı.
 
RePost.Az

Baxış sayı: 3865 | Tarix: 25.08.2017
Bizi Telegramda izləyin: @repostaz